Əlaqə Arxiv
news Image
2016.07.13
11:19
| A A A
Azərbaycanda yeni tətbiq edilən peyvəndlə əhatəetmə səviyyəsi açıqlandı
Afaq Əliyeva: "Pnevmakok peyvəndi ilə əhatə 94,5 faizə çatıb"

Azərbaycanda yeni tətbiq edilən peyvəndlə əhatə etmə səviyyəsi 94, 5 faizə çatıb. Bu barədə Movqe.az-a Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva  məlumat verib. A. Əliyeva bildirib ki, artıq iki ildən çoxdur ki, tətbiq edilən pnevmakok əleyhinə vaksinlərlə əhatəetmə səviyyəsi ÜST-ün tələblərinə cavab verən həddə çatıb: "95 faiz peyvəndlə əhatəetmə ÜST tərəfindən normal hesab olunur. İki il ərzində yeni peyvəndlə əhatəetmənin 95 faizə qədər gəlib çatması böyük uğurdur. Ölkəmizdə ümumi peyvənd təqviminə görə, tətbiq olunan peyvənlərlə əhatəetmə 95-98 faizdir. Yeni peyvənd tətbiq edildikdə əhatəetmə səviyyəsi, yəni bütün uşaqlara bu peyvəndin vurulması bir müddət zaman tələb edir. Artıq Azərbaycanda pnevmakok peyvəndinə görə uşaqların əhatə səviyyəsi 95 faizə yaxındır. Uşaqların arasında xəstələrin olması, peyvəndə əks göstərişləri nəzərə alsaq bu yaxşı nəticədir".

Qeyd edək ki, 2013-cü ildən ölkədə 1 yaşına kimi bütün uşaqlara bu peyvənd tətbiq olunur. 


Sizin Reklam Yeriniz