Əlaqə Arxiv
news Image
2016.07.14
14:27
| A A A
Ağacları qanunsuz kəsən MMC rəhbəri cərimələndi

İyulun 13-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar Xətt"inə Xətai rayonu Məhəmməd Hadi 41 ünvanında ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a  verilən məlumata görə, şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Araşdırma zamanı sözügedən ünvanda müxtəlif cinsli müxtəlif ölçüdə ağac və kol bitkilərinin "Ressan" MMC-nin direktoru Mahir İsmayılovun göstərişi əsasında qanunsuz kəsilməsi faktı aşkar olunub. Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq akt və protokol tərtib edilərək "Ressan" MMC-nin direktoru vəzifəli şəxs qismində 10 000 manat məbləğində cərimə olunub.


Sizin Reklam Yeriniz