Əlaqə Arxiv
news Image
2016.07.14
17:09
| A A A
Gürcüstan vətəndaşı Azərbaycana təhlükəli maddə keçirmək istədi - FOTO

Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunu piyada yolla keçən Gürcüstan Respublikası vətəndaşının əl yükünə rentgen aparatı vasitəsilə baxış keçirilib və gömrük əməkdaşı çantada olan DVD-pleyerin içərisində şübhəli qaraltılar müşahidə edib. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, hal şahidlərinin iştirakı ilə çantada olan yüklərə təkrar baxış keçirilib və yoxlama zamanı çantadakı DVD-pleyerin içərisindən xalis çəkisi 100 qram olan civə aşkar olunaraq götürülüb.

Sizin Reklam Yeriniz