Zibillikdə otlayan heyvanlar
Yolçu Xanvəli: «Heyvanların zibilxanalardan qidalanması şübhəsiz ki, son nəticədə müəyyən xəstəliklərin insan orqanizminə keçməsinə təkan verə bilər»
Adil Qeybulla: «Şəhər şəraitində iri və xırda buynuzlu heyvanların saxlanılması düzgün deyil» Zibillikdə otayan heyvanlara çox rast gəlmişik. İnsan belə
vəziyyəti gördükdə istər-istəməz gözünün qarşısında evdə
bəh-bəhlə qəbul etdiyi ət, süd, qatıq yadına düşür və içində bu
kimi hallara qarşı narazılıq hissi baş qaldırır.
Hər birimizə də məlumdur ki, belə yerlərdə qidalanan heyvanların əti, südü , qatığı sonradan satışa çıxarılır. Bu sahədə bizdə ictimai qınağın azlığı isə bu işi görən vətəndaşlarda heç bir narahatlıq yaratmır və öz əməlləriən davam edirlər.
Bəs heyvanların belə yerlərdə bəslənilməsi hansı xəstəliklər törədə bilər? Bu məsələyə nəzarət edilirmi?
Azərbaycan Kənd Təsərrüfatı Naziriyinin Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məsələ ilə əlaqədar Movqe.az saytına aşağıdakıları bildirib: " Heyvan nə qədər təmiz məhsulla qidalanarsa, onun südü də, əti də bir o qədər təmiz olar. Belə yerlərdə qidalanan heyvanlarda əlbəttə ki, müxtəlif xəstəliklərin törədiciləri olması qaçılmazdır. Biz dəfələrlə bu barədə əhaliyə müraciət eləmişik ki, zibilxanalarda və zibilxanaya yaxın ərazilərdə heyvanlar otarılmasın. Ümumiyyətlə, qeyd edim ki, şəhər və şəhər tipli qəsəbələrdə iri və xırda buynuzlu heyvanların saxlanılması düzgün deyil. Şəhərlərdə ümumiyyətlə, düzgün deyil. Niyə düzgün deyil? Çünki bu barədə Nazirlər Kabinetinin xüsusi qərarı var ki, şəhərlərdə it və pişikdən başqa digər heyvanların saxlanılması qadağandır. Heyvanların zibilxanalardan qidalanması şübhəsiz ki, son nəticədə müəyyən xəstəliklərin insan orqanizminə keçməsinə təkan verə bilər. Odur ki, insanlara deyirik ki, belə ərazilərdə heyvanları otarmasınlar. Həmin ərazilərdən toplanılmış çörək qırıntıları, həmçinin, heyvan üçün yararlı saydıqlar məhsullardan istifadə etməsinlər. Bu, dövlət səviyyəsində qoyulan bir məsələdir. Yəni bu ərazilərdə heyvanları yemləmək qadağandır. Bunun qarşısını almaq üçün hansısa cərimənin tətbiq edilməsi şübhəsiz ki, Inzibati Xətalar məcəlləsinə uyğun tətbiq olunur. Belə hallar yolverilməzdir. Belə hallara qarşı tək Baytarlıq Xidməti yox, sahə müvəkkilləri də iş aparmalıdır. Eləcə də maarifləndirmə tədbirləri aparılmalıdır ki, vətəndaşlar belə hallara yol verməsinlər".
Tibb
elmləri doktoru, professor Adil Qeybulla məsələ ilə bağlı aşağıdakı
fikirləri səsləndirib: "Burda söhbət tək zibilliklə bağlı
deyil, ən əsası kanalizsiya ətrafında daha çox yoluxma halları ola
bilər. Heyvanlar brüselyoz və digər müxtəlif infeksiyalara
yoluxa bilərlər. Zibilliklərdə insanların istifadə etmədiyi çörək
qırıntılarından heyvanlar istifadə edir. Amma yenə deyirəm ki, ən
əsası heyvanların kanalizasiya, çirkab suları olan yerdə otlanması
daha təhlükəlidir.
Əslində, heyvanlar üçün otlaq sahələri salınmalıdır. Dünyanın hər yerində bu belədir. Otlaq yerləri ayrıca bir sahə olmalıdır. Ekologiyası gözlənilməlidir. Tədbirlər bu şəkildə həyata keçirilməlidir. Şəhər şəraitində iri və xırda buynuzlu heyvanların saxlanılması düzgün deyil. Bunun üçün şəhərdə hüç bir şərait yoxdur".