Əlaqə Arxiv
news Image
2016.08.04
09:00
| A A A
Qiymətli kağızlar bazarında canlanma maiyyə sektorunda böyük dəyişikliklərə yol açacaq

İnkişaf etmiş ölkələrdə qiymətli kağızlar bazarı iqtisadiyyatın idarə edilməsində, yeni layihələrin investisiyalaşdırılmasında, mütərəqqi istehsal texnologiyalarının tətbiqi zamanı  maliyyə probleminin həllində əhəmiyyətli rol oynayır. 

Azərbaycanda qiymətli kağızlar bazarının təşəkkülü və inkişafı müstəqillik dövründə mümkün olub. Lakin bütün hallarda Azərbaycanın qiymətli kağızlar bazarının vəziyyəti və inkişaf perspektivləri inkişaf etmiş ölkələrin səviyyəsindn xeyli geri qalır. Bu isə ümumi inkişafa mənfi təsir edir. 

Müasir dünya iqtisadiyyatını bu sahəsiz təsəvvür etmək mümkün deyil. Mütəxəssislərin fikrincə, inkişaf etmiş ölkələrdə birjalar iqtisadiyyatın "barometri" funksiyasını yerinə yetirir. Lakin Azərbaycanda birjalar "işlək mexanizm" vəziyyətindən çox uzaqdır. Bunu işlətmək üçün hər dəfə hansısa vasitələrlə işə salmaq gərəkdir. Bu prosesə, məcazi mənada "zorən birja" adını da vermək olar. Məsələ burasındadır ki, dünya iqtisadiyyatında son illər dalbadal baş verən böhranlar Azərbaycanın yenicə intişar tapmaqda olan qiymətli kağızlar bazarına ciddi ziyan vurub. Xüsusilə, neftin qiymətinin bir neçə ay ərzində kəskin aşağı düşməsi əməliyyatları azaldıb. Lakin böhranların baş verməsi qeyri-neft sektorunun inkişafına tələbatı artırıb. Yaxın bir-iki ildə qeyri-neft sektoru maliyyə bazarında daha çox çəkiyə malik olacaq. Bu da tezliklə qiymətli kağızlar bazarında müsbət dəyişikliklərin baş verəcəyinə inam yaradır. 

Baş verən müasir iqtisadi böhranlar əsasən geosiyasi maraqlar zəminində ortaya cıxıb. Buna görə də yeni dünya düzəninin gedişatından çox şey asılıdır. Bu il regionun siyasi durumunda baş verəcək dəyişikliklər Azərbaycanın mövqeyinin daha da güclənməsinə təsir edəcək. Xüsusilə Avropaya yönələn yeni qaz kəmərlərinin işə düşməsi, habelə Türkiyə-Rusiya-Azərbaycan, Rusiya Azərbaycan-İran iqtisadi əməkdaşlıq və tərəfdaşlıq üçbucaqlarının yaranması siyasi və iqtisadi vəziyyətin yaxşılığa doğru dəyişilməsinə təkan verəcək. Belə ki, sıx əməkdaşlıq zəminində yeni beynəlxalq şirkətlərin yaranması tamamilə realdır. Demək, qarşıda korporativ idarəetmə üsullarına ehtiyac olacaq. Korporativ idarəetmə isə öz növbəsində qiymətli kağızlar bazarının inkişaf amillərindən biridir. Korporativ idarəetmə inkişaf etmiş ölkələrdə bu sahənin irəliləməsini stimullaşdıran ən güclü vasitələrdəndir. 



Sizin Reklam Yeriniz