Əlaqə Arxiv
news Image
2012.12.27
12:00
| A A A
MDB-nin vahid telekanalı yaradılır

Rusiya MDB ölkələrinin vahid tarix dərsliyinin yaradılmasını da zəruri sayır

MDB-də vahid informasiya məkanının yaradılması çərçivəsində 2013-cü ilin yayında "Euronews"-un analoqu olacaq telekanal fəaliyyətə başlaya bilər.

Lent.az-ın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Dövlət Dumasının MDB ölkələri ilə əlaqə üzrə komitəsinin sədri Leonid Slutski bu barədə MDB ölkələrinin səfirləri ilə görüşündə söyləyib.

Leonid Slutski bildirib ki, Rusiya, Belorus, Qazaxıstan və Ukraynanın media qurumları yeni telekanalın yaradılması məsələsinə artıq çox ciddi şəkildə yanaşmağa başlayıb. Onun sözlərinə görə, bu məsələnin həllini tapması üçün MDB dövlət başçılarının, diplomatların və parlamentlərin dəstəyi lazımdır: "Əgər vahid informasiya məkanı yaradılmazsa, hansısa Avrasiya İttifaqı olmayacaq. Vahid telekanalın yaradılması bu istiqamətdə ilk addımdır".

Leonid Slutski MDB ölkələrində tarix üzrə ümumi dərslik yaradılmasını da zəruri sayıb: "MDB ölkələrində ümumi təhsil standartlarının formalaşdırılması ilə məşğul olmaq, bütün MDB ölkələrinin təmsilçilərinin iştirakı ilə vahid tarix dərsliyi hazırlamaq lazımdır"- deyə, Slutski bildirib.

Sizin Reklam Yeriniz