Əlaqə Arxiv
news Image
2016.10.04
11:38
| A A A
Müəllim və valideynlərin səyyar qəbuluna başlanılır

Bakı Şəhəri üzrə Təhsil İdarəsi yeni tədris ilindən başlayaraq Bakı şəhərinin rayonları üzrə ayrı-ayrı məktəblərdə müəllim və valideynlərin ənənəvi səyyar qəbuluna start verir.

Bu barədə  İdarədən məlumat verilib.

Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətininin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

İlk səyyar qəbul oktyabrın 7-də Pirallahı, Xəzər və Sabunçu rayonları üzrə keçiriləcək. Bakının 156 nömrəli məktəbində təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarından ibarətdir./trend/

Səyyar qəbulda müəllim və valideynləri narahat edən məsələlər BŞTİ-nin rəhbər şəxsləri tərəfindən diqqətlə öyrəniləcək, problemli məsələlər araşdırılaraq həll ediləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcəkdir.

Sizin Reklam Yeriniz