Əlaqə Arxiv
news Image
2016.10.04
12:10
| A A A
Övladı icbari təhsildən yayındığına görə məsuliyyətə cəlb olunan valideynlərin sayı açıqlandı-RƏSMİ-Özəl

Azərbaycanda icbari təhsildən yayınan uşaqlarla bağlı ötən il 200 valideyn məsuliyyətə cəlb olunub. Bu barədə Movqe.az-a eksklüziv açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev məlumat verib. P. Əliyev deyib ki, övladı icbari təhsildən yayındığına görə məsuliyyətə cəlb olunan valideynlərin sayı müxtəlif illərdə 200-220 arasında dəyişib. Şöbə müdiri həmin valideynlərin hüquq mühafizə orqanları tərəfindən valideyn məsuliyyətsizliyinə görə ərazi polis bölməsinə gətirildiyini, onlara İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsinə  görə cəza təyin edildiyini söyləyib: "İnzibati xətalar Məcəlləsinin 189-cu maddəsində, "Uşaqların təlim-tərbiyəsi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi barədə" ayrıca müddəa var. Bu maddənin birinci bəndində qeyd edilib ki, yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə– xəbərdarlıq edilir və ya qırx manatdan altmış manatadək məbləğdə cərimə edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi оrta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə - valideynlər və ya onları əvəz edən şəxslər yüz manat məbləğində cərimə edilir. Bu Məcəllənin 189.1-ci maddəsində nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanların baxımsız qalmasına səbəb olduqda – altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir. Bu Məcəllənin 189.1-ci maddəsində nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanların spirtli içki, narkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsinə və ya avaralıqla məşğul olmasına, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış uşaqlar tərəfindən cinayət əlamətləri olan ictimai təhlükəli əməlin törədilməsinə və ya on dörd yaşından on altı yaşınadək uşaqlar tərəfindən inzibati xəta əlamətləri olan əməlin törədilməsinə səbəb olduqdaaltmış manatdan yüz manatadək məbləğdə cərimə edilir".

P. Əliyev övladı icbari təhsildən yayındığına görə, məsuliyyətə cəlb olunan valideynlərə bu barədə xəbərdarlıq edildiyini, həmin uşaqların təhsili ilə bağlı məsələnin, eləcə də o uşaqların ərazi polis bölmələrinin əməkdaşları tərəfindən nəzarətdə saxlanıldığını söylədi.

Sizin Reklam Yeriniz