Əlaqə Arxiv
news Image
2016.10.05
16:52
| A A A
Azərbaycanda 24 nəfərə sümük iliyi köçürülüb

Azərbaycanda indiyə kimi 24 nəfərə sümük iliyi köçürülüb.


Movqe.az-ın məlumatına görə, bunu Baş hematoloq Çingiz Əsədov deyib.


Azərbaycanda sümük iliyinin transplantasiyasına 2014-cü ilin mayın 9-dan başladıqlarını deyən C.Əsədov qeyd edib ki, sümük iliyi köçürülən şəxslərin 20-si böyük talassemiya, 4-ü aralıq talassemiya xəstəsi olub: "Bütün köçürmələr uğurla başa çatıb. Bu xəstələrə sümük iliyi köçürüldükdən sonra onların heç birinə nə qan köçürülüb, nə də dəmirqovucu preparat verilib"./trend/.

Sizin Reklam Yeriniz