Əlaqə Arxiv
news Image
2016.10.06
10:20
| A A A
Lahıcı qorxuya salan həşəratın adı bilindi

"Son günlər İsmayıllı rayonunun Lahıc qəsəbəsində kütləvi müşahidə olunan həşarat karabid böcəklər fəsiləsinə aid kürəni Leystus (Leistus terminatus Hell.) böcək növüdür".


Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin Karantin Ekpertiza Mərkəzinin direktor əvəzi Taleh Şəmiyev AzVision.az-a bildirib ki, bu böcəklərin bədən uzunluğu 32–35 mm, bədənin döş və qarıncıq hissələri sarımtıl, baş hissəsi isə qara rənglidir: "Onlara otlu çalılıqlarda, mamır üzərində, kolluqlar və digər kölgəli və nəmli yerlərdə, daşların altında, qopmuş qabıq üzərində rast gəlinir. Əsasən alatoran vaxları aktivlik yüksək olur. Ədəbiyyat məlumatlarına görə, bu böcəklər termal su sahələri ətrafında daha sıx toplanırlar".


Onun sözlərinə görə, növün biologiyası haqqında məlumatlar az olsa da, böcək zoofaq və stratobiont (torpaq üzərində bitki qalıqlarının çürüntüləri altında) qidalanma tərzinə malik yırtıcıdır: "Əsasən (Kolembola) kiçik həşaratlarla qidalanırlar. Təbiətdə həşaratlar arasında az rast gəlinən, qışı aktiv keçirmək qabiliyətinə malikdirlər. Hazırda müşahidə olunan kütləvi çoxalmalarının səbəbini müəyyənləşdirmək üçün isə bu bölgədə ətraflı araşdırma aparılmalıdır".


Sizin Reklam Yeriniz