Əlaqə Arxiv
news Image
2016.10.06
12:00
| A A A
Ölkə üzrə məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlanıb

2016-2017-ci tədris ili üçün ölkə üzrə məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlanıb. APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı 76 min nəfərdən artıqdır.

 

O qeyd edib ki, sayın artımı gözlənilir, çünki qəbul hələ davam edir.

 

Qeyd edək ki, yeni tədris ilindən ölkənin bütün rayon və şəhərlərinin ümumi təhsil məktəblərində 5 yaşlı uşaqların dövlət hesabına məktəbəhazırlıq təhsilinə başlanılıb.

Sizin Reklam Yeriniz