Əlaqə Arxiv
news Image
2016.10.06
14:19
| A A A
Yeni ildə 5 gün iş olmayacaq

Azərbaycanda Yeni il bayramında 5 gün qeyri-iş günü olacaq.  Movqe.az "Report"-a istinadən xəbər verir ki, 2016-cı ilin dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə əlaqədar qeyri-iş günüdür. 2017-ci ilin yanvarın 1-2-də Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri olacaq. Əmək Məcəlləsinə əsasən, dekabrın 31-i həftənin şənbə, yanvarın 1-i isə bazar gününə təsadüf etdiyindən yanvarın 3-də və 4-də də iş olmayacaq. Yanvarın 5-i isə iş günü hesab edilir. Beləliklə, Yeni il bayramında 5 gün iş olmayacaq.

Sizin Reklam Yeriniz