Əlaqə Arxiv
news Image
2016.10.10
11:45
| A A A
Tikinti şirkətlərində daxili kreditləşmə daha çox insanı ev sahibi edir
Nüsrət İbrahimov: «Birbaşa bank vasitəsilə mənzil almaqda çətinlik çəkənlər tikinti şirkətlərinin daxili kredit şərtləri ilə daha asan yolla ev sahibi ola bilirlər»

Indi ev almağın daha asan olduğu, uzun müddətə sərfəli daxili kreditləşmə ilə mənzil sahibi olmağın mümkünlüyünü əks etdirən reklamlara mavi ekranlarda tez-tez rast gəlirik. Özəl tikinti şirkətləri daha çox müştəri cəlb etmək üçün daxili kreditləşmə yolu ilə müştərilərə mənzil təklif edirlər. 

Tikinti şirkətləri daxili kreditləşmə ilə ev almağın asan olduğunu reklam etsələr də, əksər hallarda reklam şərtləri satış şərtləri ilə üst-üstə düşmür. Mənzilin uzun müddətə sərfəli şərtlərlə daxili kreditləşmə əsasında satıldığı reklam olunsa da, real alıcı kimi müraciət etdikdə məlum olur ki, əslində, şərtlər müəyyən qədər fərqlidir.

Mənzil bazarı üzrə ekspert Nüsrət İbrahimov deyir ki, tikinti şirkətlərinin daxili kreditləşmə siyasəti mənzil bazarında  canlanma yaradır.  N. İbrahimovun sözlərinə görə, mənzil bazarında alıcılıq qabiliyyətinin aşağı düşdüyünü görən tikinti şirkətləri banklarla müqavilə bağlayaraq yumşaq şərtlərlə mənzil satışına start veriblər: "Tikinti şirkətləri müştəri cəlb etmək üçün daha çox güzəştlərə gedirlər. Təbii ki, bu, tikinti şirkətinin marketinq siyasətinə uyğun aparılır. Amma mənzil bazarında daxili kreditləşmənin tətbiqi göstərir ki, əvvəl birbaşa bank vasitəsilə mənzil almaqda çətinlik çəkənlər tikinti şirkətlərinin daxili kredit şərtləri ilə daha asan yolla ev sahibi ola bilirlər. Çünki, əvvəl ev almaq üçün kreditlər banklar və İpoteka Fondu tərəfindən verilirdi. O şərtlərlə ev almaq çox insanlar üçün mümkünsüz idi. 

Kreditlə və nağd qiymətə ev alanların sayının azlığı mənzil bazarında durğunluğa gətirib çıxartmışdı. Ona görə də, tikinti şirkətləri banklarla müqavilə bağlayaraq daha asan yolla kreditləşmə siyasəti həyata keçirməyə başladılar. İndiki vəziyyət göstərir ki, tikinti şirkətlərindən ev almaq birbaşa banklardan ev almaqdan daha sərfəlidir. Daxili kreditləşmədə faizlər də daha aşağıdır. Təbii ki, bu şərtlər müştərilər üçün sərfıli olduğundan, daxili kreditləşmə yolu ilə tikinti şirkətlərindən ev alanların sayı günü-gündən artır".

N. İbrahimov deyir ki, tikinti şirkətlərinin təklif etdiyi şərtlərdə aylıq ödəniş və müddət pulun zaman dəyəri ilə hesablanıb: "Pulun zaman dəyəri var. Pul zaman keçdikcə dəyərini itirir. Tikinti şirkətləri hesabladıqda bu məqamı nəzərə alırlar".



Sizin Reklam Yeriniz