Əlaqə Arxiv
news Image
2016.10.10
12:49
| A A A
Niderlandda Azərbaycanla bağlı tədbir keçiriləcək-“Wereld Regio” qəzeti

Hansı ölkədə yaşamağıından aslı olmayaraq Azərbaycanı təbliğ etmək, tanıtmaq  hər bir azərbaycanlının mənəvi borcudur.  Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bir çoxu bu addımları atmaqdadırlar.  Bunun isə müxtəlif yolları var ki,  onlardan biri də kütləvi tədbirlərin keçrilməsidir. Belə tədbirlərdən biri də noyabr ayının əvvəlində Niderlandın Zeyland (Zeeland) regionunda, Zirikze (Zierikzee) şəhərində keçriləcək. Bu məlumatı bizə verən Niderlandda fəaliyyət göstərən  "Connect" təşkilatının sədri Vüqar Abbasov qeyd edib ki, tədbir Azərbaycanı yerli insanlara təbliğ etmək məqsədi ilə təşkil olunub. "Tədbirdə biz həm Azərbaycanın ikinci dəfə müstəqillik qazanmasının 25 illiyini, həm də təşkilatımızın yaradılmasının bir illiyini qeyd edəcəyik. Tədbiri Zirikze şəhərindəki kinoteatrda təşkil  etməyi planlaşdırmışıq. Tədbirdə Azərbaycanla bağlı iki görüntülü təqdimat  verməyi və iki qısa film nümayiş etdirməyi düşünürük və təbii ki, musiqilərimizi səsləndirmək də bizim planlarımıza daxildir. Təqdimatlardan, filmlərdən sonra isə iştirakçılara ölkəmizlə bağlı suallar ünvanlanacaq, cavab verənlər Azərbaycanla bağlı kitablar və digər hədiyyələrlə mükafatlanacaqlar. Qonaqlar  Azərbaycan şirniyyatı dadmaq imkanı da əldə edəcəklər.   Dəvətlilər əsasən bu ərazidə yaşayanlardırlar. Artıq  tədbir barədə yerli qəzetlərdə məlumatlar, tədbirə çağrışlar dərc olunub və olunmaqda davam edir. Bu tədbir bizim təşkilatın  ilk kütləvi tədbiridir, biz bununla həm də yerli insanların bu kimi tədbirlərə yanaşmalarını yoxlayacağıq ki, bu da bizim gələcək fəaliyyətimiz üçün çox önəmlidir.  Eyni zamanda yerli mətbuat nümayəndələri də tədbirə dəvət alanlar sırasındadırlar. Qeyd etdiyim kimi, bu, bizim  təşkilatın ilk kütləvi tədbiridir və ümid edirik  ki, istədiyimiz kütləviliyi təmin edə biləcəyik", – deyə Vüqar Abbasov əlavə edib.

Sizin Reklam Yeriniz