Əlaqə Arxiv
news Image
2013.01.11
00:12
| A A A
Yollar buz bağlayacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu günə gözlənilən hava proqnozunu açıqlayıb. Movqe.az Nazirliyin saytına istinadən xəbər verir ki, yanvarın 11-də Bakıda və Abşeron yarımadasında yanvarın 11-də səhər qarın tədricən kəsiləcəyi, güclü şimal-qərb küləyinin gündüz mülayimləşəcəyi gözlənilir. Havanın temperaturu gecə 0-3 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq. Yollar buz bağlayacaq. Azərbaycanın rayonlarında səhər qərb, gündüz şərq rayonlarında qarın tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 9-14, yüksək dağlıq ərazilərdə 15-20, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yanvarın 11-də Abşeron yarımadasında soyuq diskomfort şəraitin davam etməsinə baxmayaraq oksigenlə daha zəngin və təmiz hava müşahidə olunacaq. Yanvarın 12-13-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Sizin Reklam Yeriniz