Əlaqə Arxiv
news Image
2016.10.11
16:24
| A A A
Azərbaycana insan hüceyrələrinin gətirilməsi ilə bağlı təklif

Azərbaycana gözün buynuz qişalarının, kök hüceyrələrinin, sümük iliyinin və digər insan toxumalarının gətirilməsi üçün Gömrük Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi təklif edilir.


Movqe.az xəbər verir ki, bu təkliflə çıxış edən Milli Məclisin deputatı Musa Quliyev Trend-ə bildirib ki, bu gün Azərbaycan klinikaları və həkimləri qeyd olunan toxumaların köçürülməsinə hazırdır: "Azərbaycanda ildə minə qədər insanın buynuz qişasının dəyişilməsinə ehtiyacı var. Bu buynuz qişası isə yalnız ölmüş insanın orqanizmindən (meyitdən) götürülə bilər. Azərbaycanda meyitdən orqan götürülməsi qanunda təsbit olunub, amma hələlik bu işin mexanizmləri hazırlanmayıb. Bu proses hazırda ölkədə həyata keçirilmir. Amma xeyli sayda xəstə var ki, onların bu işin həyata keçirilməsini gözləməyə zamanı yoxdur. Bizim klinikalarımızın və mütəxəsislərimizin buynuz qişasını köçürməyə imkanları var".


M.Quliyev əlavə edib ki, İranda, Rusiyada və başqa ölkələrdə buynuz qişa bankları var: "Onlar buynuz qişalarını meyitdən götürürlər, vətəndaşlarına pulsuz verirlər, başqa ölkələrə isə satırlar. Biz də onu alıb gətirə və Azərbaycanda buynuz qişasının köçürülməsini həyata keçirə bilərik. Bu, vətəndaşlarımız üçün ucuz başa gələr, həm də bu əməliyyatdan sonra qişanın 6 ay, 1 il izlənilməsi lazım olur. Xaricdə bu əməliyyatı etdirən şəxs yenidən müayinəyə olunmalıdır, bunun üçün isə həmin şəxsin təkrar əməliyyat olunduğu klinikaya getməsi lazımdır. Amma əməliyyat Azərbaycanda aparılsa, bu proses həm ucuz başa gələr, həm də xəstə yenidən başqa ölkəyə getmək məcburiyyətində qalmaz. Buynuz qişaları, kök hüceyrələri, sümük iliyi və digər insan toxumaları bir ölkədən başqa bir ölkəyə xüsusi konteynerlərlə daşınır. Onların gətirilməsi üçün Gömrük Məcəlləsinə dəyişikliklər edilməlidir".

Sizin Reklam Yeriniz