Ailə quranlardan biri işləməli olacaq
Azərbaycanda nikaha girənlərdən birinin işləməsi vacib olacaq.
Azərbaycanda gənc ailələrlə bağlı yeni hazırlanan "Gənc ailələrin
sosial müdafiəsi haqqında" qanun layihəsində yeni əlavələr olub və
bu, yaz sessiyasında Milli Məclisin Sosial siyasət komitəsində
müzakirəyə çıxarılacaq. Bu barədə APA-ya açıqlamasında komitə sədri
Hadı Rəcəbli bildirib. H.Rəcəblinin sözlərinə görə, qanunda nəzərdə
tutulan maraqlı məqamlardan biri odur ki, nikaha girənlərdən biri
işləməli, işsiz qalmamalıdır. Bu, qanunda kvota kimi nəzərdə
tutulub: "Bundan başqa, qanunda o da nəzərdə tutulub ki, gənc
ailələrə uzun müddətli və faizsiz kreditlər verilsin".
H.Rəcəbli bildirib ki, hazırda QHT-lər və gənclər təşkilatları qanun layihəsini müzakirə edirlər. Yaz sessiyasında komitənin ilk iclaslarının birində sənəd müzakirəyə çıxarılacaq.
H.Rəcəbli bildirib ki, hazırda QHT-lər və gənclər təşkilatları qanun layihəsini müzakirə edirlər. Yaz sessiyasında komitənin ilk iclaslarının birində sənəd müzakirəyə çıxarılacaq.