Əlaqə Arxiv
news Image
2013.01.11
15:20
| A A A
20 yanvarda elektrik qatarlarında gediş-gəliş pulsuz olacaq
20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində tədbirlər planı hazırlanıb. QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirlər planına əsasən, Abşeron şəhərətrafı zonada 20 yanvar 2013-cü ildə saat 06:00-dan 23:00-dək hərəkət edən elektrik qatarlarında gediş-gəlişin pulsuz təşkili həyata keçiriləcək. Yanvarın 20-də saat 12:00-da anım dəqiqəsində qatarların hərəkəti dayandırılacaq, lokomotivlər həyəcan fiti verəcəklər. Bundan başqa, QSC-nin müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə bağlı anım tədbirləri keçiriləcək, faciə zamanı şəhid olan və yaralanan dəmiryolçuların ailə üzvlərinə maddi yardımlar ediləcək, "Azərbaycan Dəmir Yolları"nın kollektivi Şəhidlər xiyabanını ziyarət edəcək.
Sizin Reklam Yeriniz