Əlaqə Arxiv
news Image
2013.01.12
08:00
| A A A
Yollar buz bağlayacaq

Bakı və Abşeron yarımadasında  bu gün hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə duman olacağı gözlənilir. Arabir güclənən cənub-qərb küləyi, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Movqe.az- a verilən məlumata görə, havanın temperaturunun gecə 0-3, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında yanvarın 13-də əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  5-10 dərəcə isti, dağlarda gecə 10-15, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz  2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaq.

Sizin Reklam Yeriniz