Mərkəzdə yeni metrostansiyalar açılacaq
Bakı Metropoliteni yeni xətdə yerləşən iki yeni stansiyasının
inşasının hazırlıq işlərini yekunlaşdırıb. Bu barədə şənbə günü
Trend-ə Bakı Metropolitenindən bildiriblər. Stransiyalardan biri
Heydər Əliyev adına İdman Konsert Kompleksinin, ikincisi isə Xarici
İşlər Nazirliyi və Qış bulvarının yaxınlığında yerləşəcək.
Məlumatda deyildiyi kimi, yeni xəttin yaradılması çərçivəsində başqa stansiyaların da tikintisi aparılır. "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarının tikintisi artıq həyata keçirilir. Habelə əvvəllər Papanin adlandırılan Ceyhun Səlimov küçəsində yerləşən hərbi hospitalın qarşısında yerləşəcək stansiyanın da inşasının hazırlıq işləri yekunlaşdırılıb. Xəttin çəkilişi "Herrenknext" və "Robbins" tunelqazma kompleksləri vasitəsilə həyata keçirilir.