Əlaqə Arxiv
news Image
2013.01.14
01:04
| A A A
Sulu qar yağacaq

Bu gün Azərbaycan ərazisində yenidən hava nisbətən pisləşəcək, sulu qar və qar yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a bildirblər ki, yanvarən 14-də Bakıda və Abşeron yarımadasında buludlu havanın üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Bakıda gecə 1-3° isti, gündüz 3-5° isti olacağı gözlənilir. Azərbaycan rayonlarında isə yanvarın 14-də havanın fasilələrlə yağıntılı olacağı, sulu qar, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Temperaturun gecə 0-5° şaxta, gündüz 0-4° isti olacağı gözlənilir. Dağlarda isə gecə 9-14° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.


Sizin Reklam Yeriniz