Əlaqə Arxiv
news Image
2013.01.14
10:35
| A A A
Ermənilər Kür-Arazı çirkləndirməkdə davam edir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çayları, onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə yanvar ayının I ongünlüyündə keçirdiyi monitorinqin nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Movqe.az-averilən məlumata görə, yanvarın I ongünlüyündə Kür çayında suyun sərfi dekabr ayının III ongünlüyünə nisbətən 10 m3/san azalaraq 149 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Kür çayının Şıxlı-2 məntəqəsində fenollar 3, mis birləşmələri 2, Ağstafaçay su anbarında fenollar 3, mis birləşmələri 4, Ağstafaçayda isə fenollar 2, mis birləşmələri 4 dəfə YVQH-ni keçib.Yanvar ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadizdə suyun əsas çirkləndiricilərindən olan fenollar 2, mis birləşmələri 3, I Şahsevən və Bəhramtəpə məntəqələrində isə fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-ni keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5.80-6.42 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Sizin Reklam Yeriniz