Əlaqə Arxiv
news Image
2013.01.14
17:10
| A A A
Paytaxtda bu yollardan kecməyin
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) dekabr ayı ərzində Bakı şəhərinin əsas küçə və prospektlərində nəqliyyat vasitələrinin sayı və orta sürəti üzrə statistik göstəriciləri təqdim edib. Mərkəzdən verilən məlumata görə, göstəricilər, əsasən, paytaxtın əsas küçə və prospektlərini əhatə edib. Belə ki, Üzeyir Hacıbəyov prospektində ay ərzində 1 773 297 nəqliyyat vasitəsi qeydə alınıb və orta sürət 41 km/s təşkil edib. A.M.Şərifzadə küçəsinin cənub istiqamətində 530 891 nəqliyyat vasitəsi qeydə alınıb və orta sürət 44 km/s təşkil edib (şimal istiqamətində - 754 056, orta sürət - 48 km/s). H.Əliyev prospektində əsas yolun şərq istiqamətində 1 021 739 nəqliyyat vasitəsi qeydə alınıb və orta sürət 69 km/s təşkil edib. Qərb istiqamətində 1 370 410, orta sürət 61 km/s təşkil edib. Prospektin kənar yolunun şərq istiqamətində 1 443 632 nəqliyyat vasitəsi qeydə alınıb, orta sürət isə 54 km/s olub. Kənar yolun qərb istiqamətində 1 412 599, orta sürət isə 53 km/s təşkil edib. Nobel prospektinin şərq istiqamətində 1 072 308 nəqliyyat vasitəsi qeydə alınıb, orta sürət 65 km/s təşkil edib. Qərb istiqamətində isə 1 185 371 nəqliyyat vasitəsi qeydə alınıb və orta sürət 69 km/s olub. Babək prospektinin şərq istiqamətində 1 162 893 nəqliyyat vasitəsi qeydə alınıb və orta sürət 54 km/s təşkil edib. Qərb istiqamətində 1162469, orta sürət isə 54 km/s təşkil edib. İnşaatçılar küçəsinin cənub istiqamətində 1 103 883 nəqliyyat vasitəsi qeydə alınıb və orta sürət 49 km/s təşkil edib. Şimal istiqamətində isə 1 058 559, orta sürət 44 km/s olub. Atatürk prospektinin cənub istiqamətində 1 226 839 nəqliyyat vasitəsi qeydə alınıb və orta sürət 45 km/s təşkil edib. Şimal istiqamətində 984 140, orta sürət isə 44 km/s təşkil edib. Qara Qarayev prospektinin cənub istiqamətində 546 803 nəqliyyat vasitəsi qeydə alınıb və orta sürət 48 km/s olub. Şimal istiqamətində 727 257, orta sürət isə 49 km/s təşkil edib. Zərifə Əliyeva prospekti - 1 647 768 nəqliyyat vasitəsi, orta sürət 40 km/s. Azərbaycan küçəsində isə 773 535 nəqliyyat vasitəsi qeydə alınıb, orta sürət 37 km/s təşkil edib.
Sizin Reklam Yeriniz