Hava isinəcək
Bakıda havanın temperaturu qismən yüksələcək. Ekologiya və Təbii
Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən
Movqe.az-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında yanvarın
16-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz
keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi yarımadanın bəzi
yerlərində arabir güclənəcək. Havanın temperaturu gecə 1-3, gündüz
6-11 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında yanvarın
16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi
yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, bəzi
yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə
şaxtadan 2 dərəcəyək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə
5-10, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 1-6
dərəcə isti olacağı gözlənilir.