Əlaqə Arxiv
news Image
2016.10.14
13:15
| A A A
Azercell telekommunikasiya sahəsində ilk dəfə “Premium Müştəri Xidmətləri”ni təqdim edir

“Azercell Telekom” MMC müştəri xidmətlərində innovativ bir addım atır. Şirkət özəl abunəçilərinə fərdi yanaşma təklif edir. Şirkətdən Movqe.az-a verilən məlumata görə, son illər ərzində Azercell-ə sadiq olan abunəçilər üçün “Premium Müştəri Xidmətləri” yaradılıb.

13 oktyabr 2016-cı il tarixində özəl abunəçilər üçün keçirilən mərasimdə “Azercell Telekom” MMC yeni “Premium Müştəri Xidmətləri”ni təqdim etdi. Artıq bu ilin oktyabr ayından etibarən bir qrup sadiq və şirkət xidmətlərindən daha çox yararlanan aktiv abunəçilərə “Premium Müştəri xidmətləri” göstərilir. Bu qrupa daxil edilən hər bir fərdi abunəçi üçün müştəri xidmətlərində xüsusi kurator təyin edilib.

“Premium Müştəri Xidmətləri”nin bir çox üstünlükləri var. Onlardan biri, bu qrup çərçivəsində Premium abunəçilərə müxtəlif istisna xidmətlərin göstərilməsidir. Belə ki, hər bir Premium abunəçi şəxsi kuratoru ilə fərdi şəkildə onu maraqlandıran məsələlərə aydınlıq gətirir. Bu zaman nömrə sahibinə mobil cihazla əlaqədar texiniki dəstək verilir, yaranmış hansısa çətinliklər prioritet formada dərhal həll edilir.

Bundan əlavə, “Azercell” şirkəti Premium müştəriləri üçün xüsusi kampaniyalar da təşkil edir. Məsələn, bu abunəçilərin Avropaya etdiyi zənglər və rouminqdə olarkən danışıqlarına görə 15 faiz endirim nəzərdə tutulub. Azercell tərəfindən özəl müştəriləri üçün xüsusi “Ad günü” kampaniyası da nəzərdə tutulub.

Premium müştəri siyahısına düşmək üçün seçim meyarlarına gəlincə isə qeyd etmək lazımdır ki, bu müştərilərə Azercell-in “Hədsiz” tarifi sahibləri, 5 il ərzində aktiv olan abunəçilər və son ardıcıl 6 fakturası 100 AZN-dən artıq olan faktura, həmçinin SimSim abunəçiləri aiddir.

Təqdimat mərasimində Azercell-in Premium müştəriləri iştirak edib. Onlara yeni xidmətin üstünlükləri və özəllikləri nümayiş etdirilib.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.

Sizin Reklam Yeriniz