Əlaqə Arxiv
news Image
2013.01.15
14:00
| A A A
Səbail rayonu Badamdar qəsəbə nümayəndəliyi 2012-ci ilin yekunları barədə hesabat verib

Ölkə rəhbərliyi tərəfindən aparılan inkişaf və tərəqqi siyasətinin bariz nəticəsidir ki, bu gün paytaxtımız Bakı şəhəri və onun ətraf qəsəbələri çox böyük sürətlə inkişaf edir, qəsəbələrdə bir sıra sosial yönümlü obyektlər istifadəyə verilir, burada kommunikasiya xətləri yeniləşir, ərazilər abadlaşır. Ötən 2012-ci ildə Səbail rayonunun Badamdar qəsəbəsində də bu istiqamətdə bir sıra işlər görülmüşdür.

Keçən il istifadəyə verilmiş 329 saylı tam orta məktəbdə Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbə nümayəndəliyinin 2012-ci ilin yekunlarına həsr olunmuş və Səbail rayonunun rəhbərliyi, təsərrüfat xidmətlərinin rəhbərlərinin, təhsil işçilərinin, iş adamlarının, ziyalıların, ağsaqqalların, Badamdar Bələdiyyəsi üzvlərinin, qəsəbə sakinlərinin iştirakı ilə keçirilən hesabatında il ərzində qəsəbədə görülmüş işlərdən söz açılmış, qarşıda duran vəzifələrin həata keçirilməsi yolları müzakirə olunmuş və 2013-cü il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.

Hesabat məruzəsi ilə çıxış eədən Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Natiq Bağırov bildirmişdir ki, qəsəbədə hazırda 23 min 600 nəfər əhali yaşayır, burada həmçinin 2196 nəfər məcburi köçkün məskunlaşmışdır.

2012-ci il qəsəbə üçün çox əlamətdar il olmuşdur. İyun ayının 22-də qəsəbədə Heydər Əliyev parkı əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilmiş və burada ulu öndərin əzəmətli büstü ucaldılmışdır. Parkın açılış mərasimində ölkə başçısı cənab İlham Əliyev iştirak etmişdir. Həmçinin ölkə başçısının sərəncamına əsasən Badamdar qəsəbəsində 120 yerlik uşaq bağçası və 880 şagird yerlik orta məktəbin tikintisi başa çatdırılmış, sentyabr ayının 4-də Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə onların açılış mərasimləri keçirilmişdir. Məktəb və uşaq bağçasında yaradılan şəraitlə tanış olan cənab Prezident burada görülən işləri yüksək qiymətləndirmişdir.

Noyabr ayının 12-də isə qəsəbədə cənab Prezidentin iştirakı ilə daha bir mühüm obyektin - Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalının açılış mərasimi keçirilmişdir.

İyun ayının 20-də ölkə Prezidentinin "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın Əlavə Tədbirlər Planı təsdiq olunmuş və bu plana uyğun olaraq Badamdar qəsəbəsində yanğından mühafizə bölməsinin tikintisi, həmçinin Badamdar qəsəbəsi 1-ci, 2-ci və 3-cü yaşayış massivlərində 3 ədəd yanğına qarşı su hovuzlarının tikintisi nəzərdə tutulmuşdur.

Hesabat ili ərzində Badamdar qəsəbəsində Mikayıl Müşviq küçəsində Botanika bağının hasarları yenidən tikilib üzlənmiş, Badamdar şossesi boyunca yeni istinad divarı çəkilmişdir. Neftçilər döngəsindəki 5 və 7 saylı binalarının üzlənib təmir olunmuş, həmin küçədə daha 3 binanın təmiri ilə bağlı işlərə başlanmışdır.

May ayında "Abad həyət" layihəsi əsasında Badamdar qəsəbəsi, Sahib İbrahimxəlilov küçəsi 1 ünvanında, Sentyabr ayının 21-də isə Neftçilər döngəsi 7 ünvanında növbəti "Abad həyət"lər sakinlərin istifadəsinə verilmiş, "Könül" körpələr evində əsaslı təmir işləri aparılmış, qəsəbədə özəl "Ahu" uşaq bağçası istifadəyə verilmişdır.

Ötən il ərzində qəsəbə ərazisində 326 ünvanda yerləşən yaşayış binalarında və mənzillərdəki su xətlərində baş vermiş qəzalar aradan qaldırılmış, Badamdar şossesi, 2-ci və 3-cü yaşayış massivləri, Seyran Məmmədov, Seymur Məmmədov, Nurəddin Paşayev, Tofiq Məmmədov və Əziz Nəzərov küçələrində ümumilikdə 39200 kv. metr asfalt örtüyü təmir olunmuş, Badamdar şossesində və digər küçələrdə 150-dən çox işıq dirəyi rənglənmiş, qəsəbə ərazisindəki zibil meydançalarında təmir işləri aparılmış, konteynerlər rənglənmişdir.

RİH tərəfindən Badamdar qəsəbəsində təsərrüfat xidməti işçiləri üçün 2 mərtəbəli xidməti yaşayış binası inşa olunmuşdur.

Badamdar şossesindəki mağaza, ofislər və iaşə obyektlərinin fasadlarında təmir işlərinin aparılması, divarlara aqlay daş döşənməsi işləri davam etdirilir. Həmçinin A.Abbaszadə küçəsində Bakı - Oksford məktəbi üçün yeni tədris korpusunun tikintisi sürətlə davam edir və 2013-cü ilin sentyabrında işlər başa çatacaqdır. Hazırda Dövlət Proqramında nəzərdə tutulmuş qəsəbədə yeni xəstəxana binasının və yeni idman zalının tikintisi ilə bağlı işlər davam edir.

Qəsəbədə hər həftənin şənbə günlərində kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunur. Yarmarkanın təşkil olunduğu ərazi abadlaşdırılmış, yeni piştaxtalar quraşdırılmış, üstü örtülmüş, əraziyə yeni asfalt örtüyü çəkilmişdir.

Səbail rayon Elektrik Təchizatı və Satış İdarəsi, Səbail rayon Qaz İstismar Sahəsi və Səbail rayon Sukanal Departamenti tərəfindən nəzərdə tutulan tədbirlər tam həcmdə həyata keçirilmişdir.

3-cü yaşayış massivində 4 ədəd yeni su anbarları tikilmiş, digərlərinin də tikintisi davam edir və bu işlərin 2013-cü ilə kimi başa çatması nəzərdə tutulmuşdur.

Novruz bayramı münasibəti ilə qəsəbədəki "N" saylı hərbi hissədə bayram şənlikləri və konsert təşkil olunmuş, əsgərlərimizə bayram sovqatları təqdim olunmuşdur.

Ramazan bayramı münasibəti ilə 250 nəfər üçün qəsəbə mərkəzində, daha sonra isə 500 nəfər üçün "Bəyoğlu" şadlıq evində iftar süfrəsi təşkil olunmuşdur.

Keçən il Qurban, Ramazan və Novruz bayramlarında rayon İcra Hakimiyyəti və Badamdar Bələdiyyəsinin imkanları hesabına qəsəbədə məskunlaşmış köçkün, şəhid ailələri, Qarabağ əlilləri, kimsəsiz və imkansız olan ümumilikdə 500 ailəyə ərzaq payı paylanmışdır.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 236 saylı orta məktəbin informatika müəllimi Şəhla Əhmədova "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərinindən olmuş, 15 Oktyabr – Müəllim günü ərəfəsində isə 236 saylı orta məktəbin direktoru Xanlar İmaməliyev, 236 saylı orta məktəbin müəllimi Azadə Əfəndiyeva və 239 saylı orta məktəbin müəllimi Fəridə İbrahimova "Əməkdar müəllim" fəxri adına layiq görülmüşlər.

Yığıncaqda çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə Badamdar qəsəbəsinin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən danışmışdır. A.Əsgərov keçən il rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat vermişdir. O, bidirmişdir ki, RİH tərəfindən görülən işlərdən əlavə "Abad həyət" layihəsi çərsivəsində digər məhəllələr də abadlaşdırılacaq, məhəllədaxili yollar təmir olunacaq, qəsəbədə yeni xəstəxana, ATS binası və idman kompleksinin tikintisinə başlanacaqdır. Ən əsası isə qəsəbənin su və kanalizasiya şəbəkələrinin yenidənqurulması işləri həyata keçiriləcəkdir.

Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılmışdır.

Sizin Reklam Yeriniz