Əlaqə Arxiv
news Image
2016.10.16
14:30
| A A A
Sabah da ölkə ərazisində yağmurlu hava olacaq

Sabah Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında yağış yağacağı, arabir intensivləşəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 9-11° isti, gündüz 7-9° isti, Bakıda gecə 9-11° isti, gündüz 7-9° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 767 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.

Azərbaycanın rayonlarında yağış yağacağı, arabir leysan xarakterli intensiv olacağı gözlənilir. Bəzi yerlərdə güclü olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-10° isti, gündüz 10-14° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti, yüksək dağlıq ərazilərdə gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

Sizin Reklam Yeriniz