Əlaqə Arxiv
news Image
2016.10.17
13:10
| A A A
Saxta bal satanların siyahısı yayıldı

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Bakıda keçirilən arıçılıq məhsullarının sərgi-satış yarmarkasına çıxarılan məhsullardan götürülmüş laboratoriya nümunələrinə əsasən məhsulları satış üçün tam yararsız çıxan arıçıların siyahısını açıqlayıb.

Bu barədə virtualaz.org saytına qurumun mətbuat katibi Yolçu Xanvəli məlumat verib.

Siyahda Astara, Kürdəmir, Daşkəsən, Şamaxı, Gədəbəy, Göygöl və Gəncədən gələn 40 arıçının adı avr. Y.Xanvəli qeyd edib ki, həmin arıçılar yarmarkaya buraxılmayıblar. Yarmarkada satılan bütün məhsullar Respublika Baytarlıq Laboratoriyasında yoxlanılıb.

Sizin Reklam Yeriniz