Əlaqə Arxiv
news Image
2016.10.17
18:30
| A A A
Azərbaycanda telefon alanlar 5-80 manat rüsum ödəyə bilər

Azərbaycanda ölkəyə idxal olunan mobil telefonlara növündən asılı olaraq rüsum tətbiq edilməsi təklif olunur.

Bu barədə telekommunikasiya bazarındakı mənbə deyib.

Mənbə bildirib ki, söhbət mobil telefonların dəyərindən və modelindən asılı olaraq rüsumun tətbiqindən gedir. Məsələn, “iPhone” telefonuna olan rüsum nisbətən ucuz telefonun rüsumundan fərqlənəcək.

Mənbə qeyd edib ki, bu məsələ hələ müzakrə olunur, konkret qərar qəbul olunmayıb.

O əlavə edib ki, bazarda təqdim olunan mobil telefonların qiymətləri 50 manatdan 1400 manatadək dəyişir:

“Təxmini qeyd edim ki, aşağı seqmentli telefonlar, məsələn, 50 manat dəyərində olan “Nokia 105” telefonuna 5 manat, bahalı mobil telefonlar – “iPhone 6” və “iPhone 7”-yə isə müvafiq olaraq 80 və 50 manat rüsum tətbiq oluna bilər”.

Mənbə deyib ki, həmçinin bu istiqamətdə yeni sayt yaradılması planlaşdırılır:

“Vətəndaş ölkəyə şəxsi istifadə üçün hər hansı bir telefonu gətirmək istəsə, mobil telefonun növünə uyğun qeyd olunmuş rüsumla həmin saytda tanış ola biləcək. Belə olanda ölkəyə heç bir məhdudiyyət olmadan, kim nə qədər istəsə, o qədər telefon gətirə biləcək”.

Mənbənin sözlərinə görə, bütün bu tədbirlər ölkənin mobil telefon bazarının qorunması üçün nəzərdə tutulur. Nəticədə ölkəyə mobil telefon gətirən hər bir kəs sahibkarla eyni səviyyədə dayanacaq.

(Trend)

Qeyd edək ki, Türkiyədə iPhone 7 alan dövlətə 1000 lirəyə qədər vergi ödəyir.
"Marja" xəbər verir ki, Apple-ın ən yeni ağıllı telefonu iPhone 7 və iPhone 7 Plus Türkiyədə 14 Oktyabrda satışa təqdim olunub. 32 GB-lq iPhone 7 üçün 3 min 249 TL-dən (1675 manat) başlayan nağd qiymətlər, 256 GB-lıq iPhone 7 Plus-da 4 min 599 TL-yə (2372 manat) qədər çıxır. Bəs iPhone 7 üçün Türkiyə vergiləri nə qədərdir?

Türkiyədə satın alınan hər bir cib telefonu üçün 6 faiz TRT Banderolu, 25 faiz aksiz vergisi və 18 faiz Əlavə Dəyər Vergisi (ƏDV) alınır.

Türkiyədə ağıllı telefonlara 2016-ci ilin yaz aylarında tətbiq edilən TRT banderolu əvvəl ƏDV və aksiz vergisi bazasına dxil edilir..

Bu nisbətlər üzərindən araşdırılarkən Apple-ın Türkiyədə 3249 TL-yə satdığı 32 GBL-ıq ipPhone 7 üçün ödənilən məbləğin 957 lirəsini (təxminən 500 manat) qanuni ödənişlər təşkil edir.

İPhone 7 modellərində 1162 lirəyə qədər çıxan Türkiyədəki bu qanuni ödənişlər, iPhone Plus modellərində isə 1311 lirə təşkil edir.

Yəni iPhone 7 üçün ödədiyiniz ümumi məbləğin 29%-i, təqribən üçdə biri Maliyyə Nazirliyinin kassasına daxil olur.

Sizin Reklam Yeriniz