Əlaqə Arxiv
news Image
2016.10.17
19:30
| A A A
Azərbaycanda qanunsuz ova cəhd edən ərəblər saxlanıldı

Ağgöl Milli Parkının ərazisində 2 nəfər xarici ölkə vətəndaşı qanunsuz ova cəhd edən zaman Parkın əməkdaşları tərəfindən saxlanılaraq barələrində qanunamüvafiq tədbirlər görülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) verilən məlumata görə, İraq vətəndaşı Saif Jamal Nadhim və Jalil Hamid Bares saxlanılıb. Onlardan 10 ədəd diri göyərçin, 5 ədəd qızıl quş tutmaq üçün cələ, 1 ədəd qızıl quş ovlamaq üçün tələ, 1 ədəd qızıl quş üçün papaq, 2 ədəd yataq döşəyi, 2 ədəd qaz balonu və yemək ləvazimatları aşkar edilərək götürülüb. Qanunsuz ov alətləri müsadirə olunaraq qanun pozucuları İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən, hər biri 2000 manat olmaqla, 4000 manat məbləğində cərimə ediliblər.

Qanun pozucularının ölkə ərazisindən məcburi qaydada çıxarılması ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinə müraciət məktubu göndərilib.

Sizin Reklam Yeriniz