Əlaqə Arxiv
news Image
2016.10.18
18:00
| A A A
Böyük Britaniyada dəmir yolu iflic oldu - dəmiryolçular tətil edir

Böyük Britaniyanın "Southern Rail" dəmir yolu şirkətinin əməkdaşları üçgünlük tətilə başlayıblar.

Movqe.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, tətil səbəbindən İngiltərənin cənub hissəsinə qatar reyslərinin təqribən 40 faizi təxirə salınacaq.

Tətilə səbəb şirkət rəhbərliyinin xəttə yalnız maşinistlər tərəfindən idarə olunan qatarların buraxması, eləcə də konduktorlar arasında ixtisarlar aparılması olub.

Problemi aradan qaldırmaq üçün alternativ marşrut olaraq əlavə avtobusların xəttə buraxılması planlaşdırılır.

Sizin Reklam Yeriniz