Əlaqə Arxiv
news Image
2016.10.20
13:34
| A A A
Avtomobil yollarındakı sürüşmələr aktivləşib - Nazirlik

Son günlər yağan yağışların təsirindən Muğanlı-İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu kilometrliklərindəki sürüşmə sahələri aktivləşib”. Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km, Bakı-Ağsu magistral yolunun 132-156-cı km, Quba-Qonaqkənd avtomobil yolunun 37-40-cı km-dəki sürüşmə sahələrində də aktivlik qeydə alınıb: “Lənkəran-Lerik yolu 47-ci kilometrliyində sürüşmə baş verib”.

Sizin Reklam Yeriniz