Əlaqə Arxiv
news Image
2016.10.20
17:22
| A A A
Bakıda İran vətəndaşına qarşı dələduzluq edilib

Bakıda İran vətəndaşının etibarından sui-istifadə edilərək ona məxsus mağazadan 88 min dollar dəyərində tikinti ləvazimatları götürülüb.
"Report"un xəbərinə görə, hadisə Yasamal rayonunda baş verib. Rayonun Dadaş Bünyadzadə küçəsində yerləşən tikinti ləvazimatları mağazasının sahibi 1973-cü il təvvəllüdlü Əmirli Məcidli Cəfər hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2016-ci il avqustun 25-də Hafiz və Asim adlı şəxslər mağazadan 88 min dollar məbləğində kafel və metlax alıblar, lakin pulunu ödəməyiblər.
Faktla bağlı müvafiq axtarış tədbirləri keçirilir.

Sizin Reklam Yeriniz