Oktyabrın 22-də Bakı və Abşeron yarımadasında bəzi yerlərdə
çiskinli yağış yağacağı, gündüz fasilə olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Movqe.az-a verilən
xəbərə görə, mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturunun yarımadada gecə 9-11° isti, gündüz 11-14°
isti, Bakıda gecə 9-11° isti, gündüz 11-13° isti olacağı
gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək - 769 mm civə sütunu, nisbi
rütubət 80-90 % təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə
yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq
küləyi əsəcək. Havanın temperaturunun gecə 7-11° isti, gündüz
12-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8°
isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 22-23- də Abşeron
yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü
meteohəssas insanlar üçün nisbətən əlverişlidir.