İsveçin telekommunikasiya nəhəngi "TeliaSonera" səhmdarı olduğu
"Fintur Holdings"in satışı prosesinə 2017-ci ildə başlayacaq.
Movqe.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında
deyilir.
"Fintur Holdings"in səhmlərinin bir qismi "Türkcell" şirkətinə
məxsusdur. "Fintur Holdings"in potensial alıcılarından biri də məhz
Türkiyənin mobil operatorudur. Bildirilir ki, hazırda tərəflər
arasında danışıqlar davam etdirilir.
Bundan öncə "TeliaSonera" bildirib ki, tədricən Avrasiya
regionundakı iştirakını dayandıracaq. Şirkət "uzun illərdir yerli
tərəfdaşlarının korrupsiyaya uğramasına dair araşdırmalardan
yorulduğunu" bildirib.
Şirkət artıq Nepal və Özbəkistandakı aktivlərini satıb.
"TeliaSonera"nın Avrasiya regionundakı aktivləri "Fintur Holdings"
tərəfindən idarə olunur. Söhbət "Azercell" (Azərbaycan), "GeoCell"
(Gürcüstan), "KCell" (Qaxaxıstan), "MoldCell" (Moldova) kimi
aktivlərdən gedir