Əlaqə Arxiv
news Image
2013.01.16
10:20
| A A A
“Məhkumlar”da yaxın günlərdə qırğın olacaq...
“Məhkumlar” çəkilişlərə start verdi

"Məhkumlar" serialının quruluşçu rejissoru Yaşar Əhmədov qış tətilindən sonra çəkilişlərə "start" verən "Məhkumlar" haqqında danışdı: "Bayram ərəfəsindən sonra verdiyimiz tətil sona çatdı. Hal hazırda Nizami rayon polis idarəsində çəkilişlərimizi davam etdiririk. Sağolsun baş kordinatorumuz Rəşad Nuri dövlət qurumları ilə əlaqələrimizi qurub və biz də çox rahat şəkildə çəkilişləri aparırıq. Nəzərinizə çatdırım ki, "Məhkumlar"ın 15,16,17-ci bölümlərini çəkirik. Artıq bu "Məhkumlar"dakı məhkumlar bir dönəmi arxada qoydular, öz arzularına nail olanlar da oldu, olmayanlar da... İndi isə yeni dönəm başlayır. Bu dönəmdə tamaşaçıların marağına səbəb olacaq çox maraqlı hadisələr baş verəcək. Təzə düşmənçikliklər yaranacaq. Bəhramdan sonra Adilin düşmənləri kimlər olacaq? Ümumiyyətlə Bəhramın taleyi necə olacaq? Xuraman qızına qovuşa biləcəkmi ? Ondan sonra Xuraman nələr edəcək? Zərintac hansı qərarları verəcək? Tünzalə Zərintacın verdiyi qərarlara necə münasibət bildirəcək? Tünzalənin həyatında nə kimi dəyişikliklər olacaq? Acılara məhkum Solmaz bundan sonra daha hansı acıları çəkməyə məhkum olacaq? Röya və Xəqani sevgisində hansı yeni olaylar baş verəcək? İşlər çığırından çıxmağa başlayacaq. Zərintac 4 övladı ilə qarşı-qarşıya qalacaq. Qaliblə bağlı yeniliklər olacaq. O daha aktiv fəaliyyətə keçəcək. Artıq o, Bəhramın oğlu kimi yox sırf Qalib olaraq fəaliyyət göstərməyə başlayacaq. Ən əsas isə "Məhkumlar"da şok olaylar olacaq. Serialın xanımları insanlığa sığmayan addımları ilə yaddaşlarda qalacaq. Əminəm ki, hadisələrin bu cür cərəyanı dəhşətli olacaq, tamaşaçıların marağına səbəb olacaq. Mən bunu hələ də anlaya bilmirəm ki, bir ana başqa anaya qarşı necə bu hərəkətləri edə biləcək, bu cür sərt addımları ata biləcək. Bir sözlə "Məhkumlar"da yaxın günlərdə qırğın olacaq. "Məhkumlar" bundan sonra daha da maraqla davam edəcək. Adil haqqında isə təkcə onu deyə bilərəm ki, Adil hələki ailəsini qorumağa məhkumdur. Bundan əlavə yeni məhkumlarımız var, onların kimlər olacağını hələki açıqlamırıq. Amma inanırıq ki, onlar tamaşaçı sevgisini və ya nifrətini qazana biləcəklər".

Qeyd edək ki, çəkiliş zamanı filmin koordinatoru Rəşad Nuri də çəkiliş meydançasında idi. O da öz sahəsi üzrə açıqlamalar verdi:" Növbəti serialarda tamaşaçılarımız yeni məkanlar, gözəl mənzərəli yerlər, şık geyimli aktyorlarımızı görəcəklər. Məkanlarda dəyişikliklər çox olacaq. Adilin yeni, çox müasir, modern bir evi olacaq. Mən çox arzu edərdim ki, bütün serial çəkənlərin kollektivi bizim kimi mehriban, çətinliklərə gülməyi bacaran,əsl ailə kimi olsunlar. Bəzən çəkilişlər və ya planlama zamanı olur sözümüz düz gəlmir, amma yarım saat çəkmir ki, öpüşüb-görüşüb hər şeyi normaya qoyuruq, barışırıq. Yenə də qeyd edim ki, biz bu işə yeni qədəm qoyanlardan deyilik. Biz öz sahəmiz üzrə artıq profesional insanlarıq".

Diqqətinizə çatdıraq ki, "Məhkumlar serialının 15-ci çox möhtəşəm, gərgin hadisələrlə zəngin bölümünə 17 yanvar 19:30-da baxa bilərsiz.

Sizin Reklam Yeriniz