Əlaqə Arxiv
news Image
2016.10.24
11:58
| A A A
Bu il istilik ala biləcək yaşayış binalarının sayı açıqlandı

Bu qış 3700 yaşayış binası istiliklə təmin olunacaq. Bu barədə Movqe.az-a “Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev məlumat verib. R. Əliyev bildirib ki, ötən il istilik almayan 132 yaşayış binası isə bu mövsümdən mərkəzləşmiş istilik şəbəkəsinə qoşularaq istiliklə təmin olunacaq: “Hansı ki, bu binalar ötən il istilik ala bilmirdilər. Qeyd edim ki, ötən il 3568 yaşayış binasına istilik verilib. 2016/2017-ci illər payız-qış mövsümündə 3700 yaşayış binası istiliklə təmin olunacaq”.
R. Əliyev bildirib ki, bu mövsüm , 280 məktəbin, 155 uşaq bağçasının, 155 səhiyyə müəssisəsinin və 780-ə yaxın digər sosial obyektlərin istiliklə təmin olunması nəzərdə tutulubdur: “Həyata keçirilmiş tədbirlər nəticəsində “Azəristiliktəchizat” ASC tərəfindən növbəti payız-qış mövsümündə 538 qazanxana və 92 istilik məntəqəsinin fasiləsiz və etibarlı iş rejimi təmin ediləcəkdir.
Şöbə rəisi həmçinin qeyd edib ki, bundan başqa sakinlər tərəfindən müraciətlərin operativ olaraq qəbul edilməsi, araşdırılması və zəruri tədbirlərin görülməsi məqsədi ilə “Azəristiliktəchizat” ASC tərəfindən 956 saylı “Çağrı mərkəzi” istifadəyə verilibdir: “Bu da sakinlərin ərizə və şikayətlərinin qısa müddət ərzində araşdırılaraq istehlakçıların fasiləsiz və keyfiyyətli istilik enerjisi ilə təmin olunmasına şərait yaradacaqdır. Eyni zamanda “Azəristiliktəchizat” ASC-nin azeristilik.gov.az saytı vasitəsilə də vətəndaşlar elektron ərizə ilə müraciət edərək onları maraqlandıran suallara operativ cavab ala bilərlər. Sakinlər tərəfindən istilik haqlarının ödənilməsinin asanlaşdırılması məqsədi ilə bütün abonentlər kodlaşdırılaraq Azərbaycan Respublikası Mərkəzi Bankının kütləvi ödənişlərin mərkəzləşdirilmiş idarə sistemi olan hökumət ödəniş portalına və respublikada fəaliyyət göstərən ödəniş terminalları və portallarına qoşulubdur”.
R. Əliyev bildirib ki, 2016-cı ilin təsdiq olunmuş tədbirlər planına əsasən 539 qazanxana və 92 istilik məntəqəsi kompleks yoxlanılıb, 307 odluq təmir olunub, 358 ədəd qazan aqreqatı əsaslı və cari təmir olunub, 1096 ədəd qazan mexaniki və kimyəvi üsulllara təmizlənibdir. 19970 ədəd siyirtmə və ventil təftiş olunaraq, onlardan 2292 ədədi əsaslı, 2377 ədədi cari təmir olunub. 1075 ədədi isə yenisi ilə əvəz edilib. 818 ədəd qoruyucu klapan yoxlanılıb, təmir olunaraq tənzimlənibdir.
Şöbə rəisi magistral və məhəllədaxili İstilik xətlərində 16200 m2 istilik örtük qatı, qazanlarda 10550 m2 kərpic və dam örtüyünün təmir edildiyini vurğulayıb. O, bildirib ki, bundan başqa 577 ədəd kimyəvi su yumşaltma qurğuları işə hazırlanaraq tənzimlənib və Na-kationit süzgəclərində 20 ton kationit materialları dəyişdirilibdir.

Zülfiyyə QULUYEVA

Sizin Reklam Yeriniz