Əlaqə Arxiv
news Image
2016.10.24
13:38
| A A A
Hava dəyişkən şəraitdə keçəcək

Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı rəsmi xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirlyindən Movqe.az-a verilən xəbərə görə, ölkə ərazisində qeyri-sabit hava şəraitinin oktyabrın 27-dək davam edəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Oktyabrın 25-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı proqnozlaşdırılır. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti, Bakıda gecə 7-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi normadan artıq, 773 mm civə sütunu, nisbi rütubət 85-95% təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 9-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti olacaq.

Sizin Reklam Yeriniz