Əlaqə Arxiv
news Image
2016.10.24
17:15
| A A A
Bakı Dairəvi Yolundakı vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA

Bakı Dairəvi yolunun kənarında əmələ gələn çatlar təhlükəli deyil. Movqe.az xəbər verir ki, "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə açıqlamasında bildirib ki, həmin ərazidəki vəziyyət nəzarətdə saxlanılır. A.Nəcəflinin səzlərinə görə, yolu inşa edən podratçı şirkətə bununla bağlı məlumat verilib: “Onlara tapşırılıb ki, həmin hissənin bərpası həyata keçirilsin. Ərazidə təhlükəli vəziyyət yoxdur. Axırıncı intensiv yağışlar nəticəsində yol kənarına, çiyin hissəyə tökülmüş torpağın yumşalması ilə həmin hissədə çatlar əmələ gəlib. Yolun hərəkət hissəsinə doğru çatların böyüməsi mümkün deyil. Narahatlığa əsas yoxdur. Yaxın günlərdə həmin ərazi bərpa olunacaq”.

Sizin Reklam Yeriniz