Əlaqə Arxiv
news Image
2016.10.24
17:37
| A A A
"Elektron hökumət" mövzusunda seminar keçirilib

“Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi cəbhəyanı rayonlarda “Elektron hökumət” mövzusunda seminarlara start verib.
Belə ki, 21-22 oktyabr tarixlərində başlayan seminarlar ilk olaraq, Bərdə və Tərtər rayonlarında baş tutub. Seminarlarda 100-dən çox müxtəlif yaş qruplarından olan vətəndaş iştirak edib. Tədbirlərin açılışında vətən uğrunda şəhid olmuş övladlarımızın ruhu 1 dəqiqəlik sükutla yad edilib.
Seminarları açıq elan edən “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyinin İdarə Heyətinin üzvü Nəsimi Həsənov müasir dünyada "Elektron hökumət", elektron xidmətlərin əhəmiyyəti və bu sahədə aparılan islahatlardan danışıb.
“Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyinin sədr müavini, layihənin koordinatoru Ceyhun Abbasov məmur-vətəndaş təmasının maksimum azaldılmasına, şəffaqlığın və rüşvətxorluğun aradan qaldırılmasına istiqamətlənən dövlət siyasətinə ictimai dəstəyin önəmini qeyd edib.Bildirib ki, region əhalisinin “Elektron hökumət” haqqında yetərincə informasiyaya malik olmaması həyata keçirilən mütərəqqi islahatlardan istifadəni məhdudlaşdırır vəbir sıra neqativ halların yaranmasına şərait yaradır.
Seminarlarda "Elektron hökumət" portalı və elektron xidmətlər barədə prezentasiya əsasında məlumat verən mühəndis-proqramçı Elvin Cəfərli portal üzrə təqdim olunan 415 elektron xidmət və vətəndaşlara açıq "əks-əlaqə", "onlayn konsultasiya", "fikir bank"nın üstünlüklərindən danışıb.
Portal üzrə ən çox müraciət olunan xidmətlərbarədə məlumatlar da iştirakçılarının diqqətinə çatdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi və ən çox istifadə olunan elektron xidmətlərdən bəziləri onlayn rejimdə iştirakçılara təqdim edilib.
SeminarlarYerli İcra Hakimiyyətinin nümayəndələrinin də qatıldığı müzakirələrlə davam edib.
Sonda iştirakçılar sertifikatlar və hədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maddi dəstəyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyin tərəfdaşlığı ilə həyata keçirilir.

Sizin Reklam Yeriniz