Əlaqə Arxiv
news Image
2013.01.16
12:30
| A A A
Hava mülayim olacaq

Bakı və Abşeron yarımadasında yanvarın 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, havanın temperaturu gecə 2-4, gündüz 8-11 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında yanvarın 17-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz dağlıq ərazilərdə güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 15-17 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Sizin Reklam Yeriniz