Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Həyat” Humanitar Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Yol təhlükəsizliyi pasportunun yaradılması vasitəsilə məktəb icmasının yollarda davranış qaydalarının təkmilləşdirilməsi” layihəsi çərçivəsində təşkil olunan növbəti tədbir Suraxanı rayon təhsil müəssisələrinin iştirakı ilə baş tutdu. Tədbirdə həmçinin Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin və Dövlət Yol Polisi İdarəsinin əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının və digər təhsil müəssisələrinin nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan 87 №-li məktəbin direktoru Elmira
Ələkbərova tədbir iştirakçılarını salamladı və məlumat sessiyasının
mahiyyəti barədə danışdı. Məktəb direktoru bildirdi ki, yol
təhlükəsizliyi problemi onun təmsil etdiyi məktəb üçün də aktualdır
və bu aktuallığı şərtləndirən başlıca amil məktəbin kifayət qədər
sürətli və nəqliyyat vasitələrinin intensiv olduğu Səttar
Bəhlulzadə küçəsinə yaxın yerləşməsidir. Bu səbəbdən mövzu 87 №-li
məktəbin müəllim-şagird kollektivi üçün də mühüm əhəmiyyət kəsb
edir.
Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin
polis mayoru Kəmalə Ələkbərova təmsil etdiyi İdarənin xətti ilə
təşkil olunan tədbirlər, o cümlədən yol təhlükəsizliyinin təmin
olunmasına xidmət edən proqramlar barədə danışdı və bu kimi
aksiyaların keçirilməsini zamanın tələbinə uyğun gəldiyini qeyd
etdi.
46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin şöbə müdiri Fəridə
Süleymanova yol qəzalarının azalmasına səbəb olacaq tədbirlər
arasında təbliğatın mühüm yer tutduğunu bildirdi və qeyd etdi ki,
bu cür kütləvi işlər uşaqlar arasında müsbət vərdişlərin
aşılanmasına kömək edər və onlar bədbəxt hadisələrdən uzaq
olarlar.
Bakı Şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov
xüsusilə vurğuladı ki, yol hərəkəti təhlükəsizliyinin təmin
olunması hər bir yol hərəkəti iştirakçısının üzərinə böyük
məsuliyyət qoyur və bu problem hər birimizin fəal iştirakı ilə öz
həllini tapa bilər.
Suraxanı rayonunun sakinlərinin yaxşı tanıdığı və “canlı svetofor”
adlandıqları ictimai fəal Xalid Musayev sürətli yollar və nəqliyyat
vasitələrinin çox olduğu bir şəraitdə hər bir valideyn maksimum
diqqətli olmalı və onların uşaqlarının yollarda təhlükəsiz hərəkət
etmələri üçün bütün zəruri tədbirlər görməlidirlər.
“Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri
Azər Allahverənov layihə barədə məlumat verdi və yol təhlükəsizliyi
pasportunun əhəmiyyəti haqqindada danışdı. Azər Allahverənov
xüsusilə vurğuladı ki, hər bir məktəb kollektivi başda onun
direktoru olmaq şərtilə məktəbətrafı ərazilərdə təhlükəsiz yollar
mühitinin yaradılmasında və bu işlərin yerinə yetirilməsi üçün
bütün icra qurumlarının, ictimai təşkilatların səfərbər edilməsində
fəal və israrlı olmalıdır.
87 №-li məktəbin valideyn komitəsinin nümayəndələri Emiliya
Nəsibova, Günay Rəcəbli, 270 №-li məktəbin direktor müavini
Ruhəngiz Mirzəyeva və digərləri yaşadıqları ərazilərdə,
çalışdıqları müəssisələrə yaxın küçə və yollarda mövcud təhlükələr
barədə danışdılar və həmin problemlərin aradan qaldırılması ilə
bağlı təklif və tövsiyələrini bildirdilər.