Əlaqə Arxiv
news Image
2016.10.27
11:00
| A A A
Azərbaycanda dəhşətli virusdan ölüm göstəricisi açıqlandı-Qorxunc statistika

Azərbaycanda 2016-cı ilin III rübünün sonuna kimi aşkar olunan İİV-ə yoluxma hallarının 19%-i, 1987-01.04.2016-cı illər ərzində isə aşkar olunan halların 49%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib.Səhiyyə Nazirliyindən Movqe.az-a verilən məlumata görə, cari ilin 9 ayı ərzində İİV-ə yeni yoluxma halları 374 təşkil edib. Onlardan 365-ı (98%) Azərbaycan vətəndaşlarında, 9-u (2%) isə əcnəbilərdə aşkarlanıb. Qeydiyyata alınmış 365 yerli sakindən 232-i (63,6%) kişi, 133-sı (36,4%) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə 118 nəfər Azərbaycan vətəndaşı olan İİV-li xəstələr keçib və İİV-infeksiyasından 43 nəfər dünyasını dəyişib.

2016-cı ilin 9 ayı ərzində 72 nəfər (19,7%) parenteral, 228 nəfər (62,5%) heteroseksual, 8 nəfər (2,2%) homoseksual kontakt nəticəsində, 5 nəfər (1,4%) şaquli yolla, 52 nəfərin (14,2%) yoluxma yolu İİV-ə yoluxub.

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2016-cı ilin 9 ayının sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası təsdiq olunmuş 5025 İİV-lə yaşayan insan rəsmi qeydiyyata alınıb. Onlardan 3642-si (73,2%) kişi, 1383-i (26,8%) qadındır. QİÇS mərhələsində olan İİV-lə yaşayan insanların sayı 1360 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 788 nəfər olub.

Respublika QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyata götürülmüş vətəndaşların 48,8%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 40,1%-də heteroseksual, 1,8%-də isə homoseksual kontakt nəticəsində, 1,8%-də anadan uşağa keçməklə baş verib. 7,5% -də yoluxma yolu müəyyən edilməyib.

Bu müddət ərzində Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi, əvvəlki illərdə olduğu kimi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən davam etdirilib. Belə ki, 08.11.2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 3346 İİV-lə yaşayan insan cəlb olunub, onlardan 386 nəfərə müalicə 2016-cı ilin ilk 9 ayı ərzində başlanılıb.

Bundan başqa, 01.06.2015-ci il tarixdən etibarən, Ailə Məcəlləsinə dəyişikliklərlə əlaqədar, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi çərçivəsində, bu ilin 9 ayı ərzində 114660 şəxs İİV-ə görə müayinəyə cəlb olunub və 79 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənib ki, onlardan da 49 nəfəri yeni aşkar olunan şəxslərdir.

Zülfiyyə QULUYEVA

Sizin Reklam Yeriniz