Əlaqə Arxiv
news Image
2016.10.27
13:45
| A A A
Ağacların kəsilməsinə görə cəzalar sərtləşdirilə bilər

Azərbaycanda qanunsuz olaraq ağacların kəsilməsi, yaşıllıqların və meşə sahələrinin məhv edilməsinə görə cəzalar sərtləşdirilə bilər. Movqe.az-ın məlumatına görə, məsələ Milli Məclisin Aqrar siyasət və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında müzakirə olunub. Bununla bağlı Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi nəzərdə tutulur.

Sizin Reklam Yeriniz