Əlaqə Arxiv
news Image
2016.10.27
14:03
| A A A
Bakıda Türkiyə universitetlərinin sərgisi

“Təhsil Cəmiyyəti”nin təşkilatçılığı və “Akademi Group” Xaricdə Təhsil Mərkəzinin dəstəyi ilə Bakıda keçiriləcək. Movqe.az-ın xəbərinə görə, Türkiyə universitetlərinin növbəti təhsil sərgisinin təşkilatçılıq işləri yekunlaşıbdır. Bu bərədə müxbirimizə məlumat verən “Akademi Group” Xaricdə Təhsil Mərkəzinin layihə rəhbəri Razi Vəliyev bildirmişdir. O, demişdir:
- Oktyabrın 29 və 30-u tarixlərində saat 12:00-dan 17:00-dək Bakıda “Hilton” otelində təşkil olunan sərgidə Türkiyənin tanınmış dövlət və özəl universitetlərinin nümayəndələri sərgi iştirakçılarına təmsil etdikləri universitetlər və buradakı təhsillə bağlı bütün sualları ətraflı cavablandıracaqlar. “Akademi Group” Xaricdə Təhsil Mərkəzi tərəfindən ənənəvi olaraq hər il təşkil olunan sərgidə bu dəfə də tələbələrə yüksək keyfiyyətli təhsil imkanı, yataqxanalar və digər məsələlər barədə ətraflı məlumat veriləcək, Türkiyə universitetlərində pulsuz təhsil imkanlarını açıqlayan təqdimatlar keçiriləcəkdir. Maraqlananlar həmçinin tələbə yataqxanaları, buradakı sosal şərait və yaşam qaydaları haqqında da ətraflı məlumat ala biləcəklər. Əlavə olaraq, sərgi müddətində seminarların keçirilməsi də nəzərdə tutulur.
Sərgidə İstanbul Aydın, Bahçeşehir, İstanbul Kültür, Üsküdar Universiteti kimi Türkiyənin tanınmış universitetləri iştirak edəcək. Həmçinin Türkiyənin Bakıdakı səfirliyinin təhsil müşavirliyinin məsul nümayəndələrinin iştirakı da nəzərdə tutulur.

Sizin Reklam Yeriniz