Əlaqə Arxiv
news Image
2016.10.27
15:07
| A A A
Respublika Müalicə Diaqnostika Mərkəzində yanğın

Respublika Müalicə Diaqnostika Mərkəzində yanğın hadisəsi baş verib. Bu barədə Mərkəzdən məlumat verilib. Məlumata görə, yanğın mərkəzin birinci mərtəbəsində sığorta şöbəsinin tavanında baş verib. Yanğının tavanda kabellərdə qısaqapanma yaranması nəticəsində baş verməsi ehtimal edilir. Yanğının mərkəzin təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən qarşısı alınsa da, hazırda binada tüstülənmə olduğu bildirilir. Yanğının səbəbləri araşdırılır.

Sizin Reklam Yeriniz