Əlaqə Arxiv
news Image
2016.10.27
23:00
| A A A
Gürcüstanın daha iki telekanalı "Azerspace-1" peykindən yayıma başlayıb

Cənubi Qafqazın yeganə peyk operatoru olan “Azerkosmos” ASC Gürcüstanın daha iki kanalı - “Palitra TV" və “Trialeti TV" kanallarının kommersiya yayımına dair müqavilə imzalayıb.

“Azerkosmos”dan “Report”a verilən xəbərə görə, müqaviləyə əsasən, kanal bu ilin oktyabrından etibarən “Azerspace-1” peyki üzərindən 11095/H/27500 tezliyi ilə yayımlanır. Adıçəkilən kanallar vasitəsilə gürcü dilində ictimai, siyasi, iqtisadi, idman, musiqi və s. verilişləri nümayiş olunur.
Eyni zamanda peyk operatoru, Türkiyənin "Damar FM" radiokanalı ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, musiqi və informasiya proqramlarının səsləndirildiyi radio kanalı “Azerspace-1” peyki üzərindən oktyabrdan etibarən 11027/H/7500 tezliyi ilə yayımlanır.
Qeyd edək ki, “Azerkosmos” 2013-cü ilin fevral ayında orbitə buraxılan və idarə etdiyi "Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir. Şirkət 2017-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”-ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və qarşıdakı illərdə çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır.

Sizin Reklam Yeriniz