Əlaqə Arxiv
news Image
2016.10.28
11:45
| A A A
Alpaqutlar cəbhə bölgəsində əsgərlərlə görüş keçiriblər

Alpaqut Federasiyasının Ağdam rayon filialının nümayəndələri və idmançılar cəbhə bölgəsində xidmət edən, vətənin keşiyində dayanan əsgərləri ziyarət ediblər. Ağdam rayonunun təmas xəttində yerləşən N saylı hərbi hissədə keçirilən bu görüşdə əsas məqsəd əsgərlərə xoş ovqat bəxş etmək, gəncləri hərbi xidmətə həvəsləndirmək, onlarda milli vətənpərvərlik ruhunu yüksəltməkdən ibarət olub.

Alpaqut Federasiyasının Ağdam rayon filialının rəhbəri Ruslan Quliyev başda olmaqla idmançılar düşmənlə üz-üzə olan postlarda əsgərlərin vəziyyəti, yataq, yemək, döyüş şəraiti ilə tanış olub, işğal altındakı ərazilərimizi və düşmən mövqelərini müşahidə ediblər.
Döyüşkənlik ruhu aşılayan, soykökümüzə, tariximizə bağlılığı təcəssüm etdirən türkün qədim döyüş sənəti alpaqut barədə də əsgərlərimizə geniş məlumat verilib, müxtəlif döyüş fəndləri əyani şəkildə nümayiş olunub. Qonaqlar əsgərlərə çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayaraq, onlarla qürur duyduqlarını bildiriblər.

Sizin Reklam Yeriniz