Yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan vərdişlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə nəzərdə tutulmuş işlər çərçivəsində Səbail Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyasının və Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə rayonun bütün orta və ali təhsil ocaqlarında Narkomaniya əleyhinə işlər və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili – Ombudsmannın təşəbbüsü ilə keçirilən «Uşaq hüquqları aylığı» çərçivəsində ekspert və mütəxəssislərin iştirakı ilə maarifləndirici tədbirlər təşkil olunur. «Səbailli gənclər «Ağ ölümə» yox deyir!» mövzusunda növbəti tədbir paytaxtın mərkəzindəki 132-134 saylı Təhsil Kompleksinin akt zalında tədbir keçirilib. Tədbirdə bildirilib ki, narkomaniya ilə mübarizə və onun profilaktikası vacib məsələlərdən olmaqla yanaşı bu gün gənclərin formalaşması, onların sağlam böyüməsində ən mühüm amillərdən biridir.
Səbail rayon İcra Hakimiyyəti rəhbərliyinin, Dövlət Komissiyası
İşçi Qrupunun, ağsaqqalların, pedaqoji işçilərin, din xadimlərinin,
ictimaiyyət nümayəndəlrinin, orta məktəblərin yuxarı sinif
şagirdlərinin iştirakı ilə keçirilən tədbiri 132-134 saylı Təhsil
Kompleksinin direktoru, əməkdar müəllim Sara Xanlarova açaraq
qonaqları və tədbir iştrakçılarını salamladı, tədbirin məqsədi
barədə məlumat verdi.
Tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının
müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə
Qarşı Mübarizə üzrə Səbail rayon komissiyasının sədri Eldar Ağayev
rayonda yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli
vərdişlərlən qorunması üçün aparılan işlər barədə ətraflı məlumat
vermiş, gənc nəslin savadlı, vətənpərvər ruhda boyüməsi, sağlam
inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün görülməli
olan işlərdən və qarşıda duran vəzifələrdən danışmışdır. Qeyd
edilmişdir ki, narkomaniya ilə mübarizə və onun profilaktikası
vacib məsələlərdən olmaqla yanaşı bu gün gənclərin formalaşması,
onların sağlam böyüməsində ən mühüm amillərdən biridir.
Səbail rayon Polis İdarəsinin rəisi, polis polkovniki Əli İbrahimov
müasir dövrün ən qorxulu fəsadlarından olan narkomaniya, onun
fəsadları barədə danışmışdır. Bildirmişdir ki, bəşəriyyət üçün ən
böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı
mübarizə bu gün aktual xarakter daşıyır. O, rayonda narkomaniyaya
qarşı keçirilən tədbirlər, görülən profilaktiki işlər barədə
məlumat vermişdir.
Tədbirdə çıxış edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz
Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi
qrupunun nümayəndəsi Eldar Sadıqov, Ombudsman aparatının şöbə
müdiri Faiq Ağayev, Respublika Narkoloji dispanserinin həkimi Afət
Məmmədova, Səbail Rayon Polis İdarəsi Narkotiklərlə mübarizə
bölməsinin əməkdaşı, polis leytenantı Bəhrəm Qasımzadə, İçəri şəhər
«Cümə məscidi» dini icmasının nümayəndəsi hacı Elşən Əlizadə və
digər çıxışçılar ölkənin hər yerində narkomanlığa qarşı mübarizənin
gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olmuş
şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin
təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qarşıya ciddi
vəzifələr qoyduğunu qeyd etdilər. Bildirdilər ki, narkomaniya
cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə dəyəri
ölçülməyəcək qədər fəsadlar vurur.
Çıxışlarda narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının,
ictimaiyyət nümyandələrinin, pedaqoji işçilərin, valideynlərin,
eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamısının zəruriliyi
vurğulanmışdır.
Tədbirdə narkomaniyanın fəsadları ilə bağlı film nümayiş etdirildi,
yeniyetmələrə narkomanlardan uzaq durmaq və cəmiyyətdə bu bəlaya
qarşı mübarizə aparmaq üçün tövsiyələr, dəyərli məsləhətlər
verildi, tədbir iştirakçılarının təklifləri dinlənilərək onları
maraqlandıran suallar cavablandırıldı və iştirakçılara
narkomaniyanın fəsadlarını göstərən bukletlər paylandı.