Əlaqə Arxiv
news Image
2013.01.17
11:00
| A A A
Zərintac nənə olacaq?!

Artıq bir dönəmi arxada qoyan "Məhkumlar"dakı məhkumlar, öz arzularına nail oldular. İndi isə yeni dönəm başlayır. Bu dönəmdə tamaşaçıların marağına səbəb olacaq çox maraqlı hadisələr baş verəcək. Bəs görəsən bu hadisələr hansılardır deyən tamaşaçılarımızın nəzərinə "Məhkumlar"ın 15-ci bölüm anonsunu çatdırırıq: Şok hadisələrin cərəyanı ilə hər həftə evlərinizin qonağı olan "Məhkumlar" bu həftə daha maraqlı hadisələrlə yaddaşlarınızda qalacaq. Bu gün efirə gedəcək olan "Məhkumlar" bədii teleserialının 15-ci bölümündə Tünzalə və Solmaz arasında insident yaşanacaq. Tünzalə qızı Şəbnəmi Adilə ərə vermək üçün qurduqları planı Solmaza danışacaq. Çünki Tünzalə elə bilirdi ki, Solmaz onları dəstəkləyəcək. Amma hadisələr gözlənilən kimi cərəyan etmir. Serialın digər baş qəhrəmanı Adil Bəhram və Fikrəti susdurmağın yolunu tapır. Onları təhdid edir. Bəhramın ürəyinə Fikrət barədə şübhə taxumu əkməyi bacarır. Digər tərəfdən isə polis də Fikrəti Qadir barədə istintaqa kömək etməsi üçün polis şöbəsinə çağırır. Bir sözlə Fikrət özü demişkən : İşlər çığırından çıxmağa başlayır". Bəhram və Fikrətin törətdikləri cinayətlərin tək canlı şahidinin sağalması üçün Adil əlindən gələnləri edir. Bu bölümün şok hadisəsi Zərintac nəvəsi olmasını öyrənir.

Sizin Reklam Yeriniz